AZ

İsrailə milyardlar axıdan ölkələr məlum oldu – Bəzi adlar təəccübləndirir!

İsrailə ən çox ixrac edən ölkələr açıqlanıb. ABŞ 17,13 milyard dollarla birinci, İrlandiya, Çin, Hollandiya və Almaniya üçüncü yerdədir.

Turkustan.az xəbər verir ki, Qəzzada baş verən soyqırım və humanitar faciəyə baxmayaraq, İsraillə davam edən bu ticarət əlaqələri dünya ictimaiyyətinin tənqidinə səbəb olur.
İsraillə iqtisadi əlaqələrdə aparıcı ölkələr ABŞ, İrlandiya, Çin, Hollandiya və Almaniya İsrailə ən çox ixrac edən ölkələr sırasındadır.

ABŞ İsrailə 17,13 milyard dollarlıq ixracatla siyahıya başçılıq edir və açıq şəkildə birinci yeri tutur. Sonrakı yerdə 3,24 milyard dollarla İrlandiya, 2,83 milyard dollarla Çin gəlir.

Dördüncü yerdə 2,70 milyard dollarla Hollandiya, beşinci yerdə isə 2,28 milyard dollarla Almaniya gəlir. Avropa ölkələrinin güclü ixrac rəqəmləri onların İsrail iqtisadiyyatına verdiyi töhfəni vurğulayır.

ABŞ-İsrail münasibətləri uzun müddətdir ki, strateji tərəfdaşlıq xarakteri daşıyır. Bununla belə, Avropada artan etirazlar bəzi ölkələri ixrac məhdudiyyətlərini nəzərdən keçirməyə vadar edir. Ekspertlər yardımın şəffaflığı və hüquqi məsuliyyətlə bağlı müzakirələrin qarşıdakı dövrdə daha da intensivləşəcəyini proqnozlaşdırırlar.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
30
1
turkustan.az

2Mənbələr