AZ

Xocalının Badara kəndində ilin sonunadək 115, gələn il isə 128 ev bərpa ediləcək

Badara kəndi Xocalı rayonunda keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğu yaşayış məntəqələrindəndir. Kənddə 15 ev bərpa olunub və 14 ailə - 55 nəfər yaşamaq üçün kəndə qayıdıb. Cari ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır.

Redaktor.az-ın məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı "Azərtac"a bildirib ki, Badara kəndi Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. O vaxtdan indiyədək kənddə sosialyönümlü bir sıra layihələr icra olunub. Belə ki, mövcud elektrik və qaz xətləri bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, yeni qaz xətti çəkilib, rabitə xətləri üçün dirəklər basdırılıb, kabelin çəkilişi isə davam etdirilir. Badarada park və bayraq meydanı yaradılıb, yollara asfalt döşənib.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində olub.

22
Seçilən
71
8
redaktor.az

10Mənbələr