AZ

Bakıda pərakəndə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-iyul aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 20 milyard 489,7 milyon manat olub.Metbuat.az xəbər verir ki, Bakı şəhər Statistika İdarəsindən bildirilib. Statistikaya əsasən, bu 2024-cü ilin 7 ayı ilə müqayisədə 4,3 % çoxdur.Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 2 % artaraq 11 milyard 300,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,2 % artaraq 9 milyard 189,2 milyon manat olub.Əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 %, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,3% artıb.İstehlak məhsullarının 38,4 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 50,2 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq, o cümlədən 19,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

Seçilən
7
17
metbuat.az

10Mənbələr