AZ

İlqar Fəhmi: “Geniş mütaliəsi olan şəxsin psixoloqa ehtiyacı yoxdur” - FOTO

Yazıçı-ssenarist İlqar Fəhmi psixoloq və fərdi təlimçilərlə bağlı maraqlı  paylaşım edib. 

Bizim.Media xəbər verir ki, o, özünün sosial hesabında qeyd edib ki, mütaliəli adamın psixoloqa ehtiyacı yoxdur: 
 

“Psixoloqlara, kouçlara, fərdi inkişaf mütəxəssislərinə, bu istiqamətdə  təlimlərə, tədbirlərə ona görə ehtiyac yaranıb ki, insanlar bədii ədəbiyyatdan aralı düşüb. Son iki yüz ilin dünya ədəbiyyatı bütün bu suallara cavabı özündə əks elətdirir. Geniş ədəbi mütaliəsi olan adamın bu cür dəstəklərə ehtiyacı olmur. Necə ki əvvəllər ehtiyac yox idi”.


Yazıçının sözlərinə görə, əsas məsələ isə sadəcə düzgün seçim etməkdir. Çünki son onilliklərdə elə ədəbi əsərlər dəbə minir ki insanın olan-qalan həyat eşqini, fərdi inkişaf həvəsini də öldürür. 

“Deməli çətinlik sadəcə düzgün ədəbi material seçimi etməkdir. Bunu bacarsaq və ədəbi mütaliədən qorxmasaq, heç bir psixoloqa, kouça, fərdi inkişaf proqramlarına, təlimlərə ehtiyacımız olmayacaq” – deyə o vurğulayıb. 


Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
30
1
bizim.media

2Mənbələr