AZ

Ölkəmizə kiberhücumların miqyasının genişlənməsi fonunda qanunvericiliyə “informasiya suverenliyi” termini daxil edilməlidir – Sevil Mikayılova

USAID kimi təşkilatların iflasından sonra insan haqları ilə bağlı konsepsiya dəyişmədi, lakin dünya birliyi başa düşdü ki, bu konsepsiyanın mahiyyəti tamamilə fərqlidir, bizə sırımaq istədikləri kimi deyil.

Day.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti Sevil Mikayılova komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

"Çox sevindiricidir ki, nəhayət, on illiklərdən sonra bir sıra qərbli həmkarlarımız bunu anlaya bildilər. Lakin bu konsepsiyanın onlar üçün iflasa uğradığını anladıqdan sonra dayanacaqlarmı? Beynəlxalq münasibətlərdə daha ədalətli, saf, düzgün mövqe tutacaqlarmı? Bu məsələ ilə bağlı da müəyyən təhlükələr var və gündən-günə artır", - deyə deputat vurğulayıb.

Millət vəkili çıxışında qanunvericiliyə "informasiya suverenliyi" termininin salınmasını təklif edib:

"Müəyyən siyasi kataklizmlərdən sonra ölkəmizə münasibətdə kiberhücumların miqyasının genişlənməsi, xüsusilə qara PR, informasiya müharibəsinin şiddətli formada aparılması onu deməyə əsas verir ki, bu artıq şəkli dəyişmiş formada davam edir. Yəni əvvəllər insan haqları ilə bağlı bir sıra suveren ölkələrə hücumlar olurdusa, indi tamamilə fərqli istiqamətlərdən hücumlar gəlir.

Reallıqları da nəzərə alaraq "informasiya suverenliyi" terminini qanunvericiliyə daxil edək. Süni intellekt və informasiya texnologiyalarının hüquq terminologiyasına daxil olmasından sonra informasiya suverenliyi beynəlxalq platformalarda da geniş müzakirə olunur. Biz nəinki məkanı müəyyənləşdirməliyik, eyni zamanda hüquq çərçivələrinin yeni reallıqlarını da təyin etməliyik".

Seçilən
44
4
day.az

5Mənbələr