Bakı. Trend:
Xocalıya təşkil edilən ənənəvi media tur başa çatıb.
Trend-inQarabağ bürosunun xəbərinə görə, jurnalistlər Prezidentin izi iləXocalıya təşkil edilən səfər çərçivəsində rayonunun Badara kəndindəolublar.
Badara kəndində haqqında jurnalistlərə məlumat verərkən Xankəndişəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri AfətTelmanqızı bildirib ki, kənddə sosialyönümlü bir sıra layihələricra olunub.
Belə ki, mövcud elektrik və qaz xətləri bərpa olunub,transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, yeni qazxətti çəkilib, rabitə xətləri üçün dirəklər basdırılıb, kabelinçəkilişi davam etdirilir. Badarada park və bayraq meydanıyaradılıb, yollara asfalt döşənib.
A.Telmanqızı həmçinin onu da bildirib ki, kəndin ərazisindəümumilikdə 313 fərdi ev var ki, onlardan da 55-i yararsız, 258-iisə qismən yararlıdır. Artıq 15 fərdi ev bərpa olunub. Cari ilinsonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır. Artıq14 ailə (55 nəfər) kəndə köçüb. Bununla da Xocalıya təşkil edilənmedia tur başa çatıb.
Qeyd edək ki, Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrındahəyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanınnəzarətinə keçən kəndlərdən biri də Badaradır.