AZ

Xocalının Badara kəndinə media-tur təşkil olunub - FOTO

Xocalı rayonunun Badara kəndinin ərazisində ümumilikdə 313 fərdi ev var. Onlardan 55-i yararsız, 258-i isə qismən yararlıdır. Artıq 15 fərdi ev bərpa olunub.

APA xəbər verir ki, bunu kəndə təşkil olunan media-turda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib.

Məlumata görə, ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır. Artıq 14 ailə (55 nəfər) kəndə köçüb.

Bildirilib ki, kənddə sosialyönümlü bir sıra layihələr icra olunub. Belə ki, mövcud elektrik və qaz xətləri bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, yeni qaz xətti çəkilib, rabitə xətləri üçün dirəklər basdırılıb, kabelin çəkilişi davam etdirilir. Badarada park və bayraq meydanı yaradılıb, yollara asfalt döşənib.

Qeyd edək ki, Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kəndlərdən biri də Badaradır.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində olub.

Xocalının Xocalının Xocalının
Seçilən
49
8
apa.az

10Mənbələr