AZ

Xocalıdan köçkün: Bakılılar bizə illərlə qucaq açıblar, onlara təşəkkür edirik

XOCALI, 17 sentyabr. TELEQRAF

"Biz bakılılara təşəkkür edirik. İllərlə bizə qucaq açıblar, haqlarını halal eləsinlər. Qonaq bir gün olar, iki gün olar biz 40 ilə yaxındır ki, Bakıda yaşayırdıq. İndi biz qapılarımızı açırıq, onları qonaq gözləyirik".

Bunu Teleqraf-ın Qarabağ bürosuna Xocalı rayon Daşbulaq kəndində məskunlaşan İlhamə Novruzova deyib.

“Bu günkü günümüzə şükürlər olsun. Allah Cənab Prezidentimizin, qazilərimizin canını sağlam, şəhidlərimizə isə rəhmət eləsin. Hər bir şəhid ailəsini, şəhid anasını evimizdə qonaq görmək istəyirik. Onlar gəlsinlər, biz onlara qulluq edək. Onların şəhid balaları tək onların yox, bütün Azərbaycan xalqının övladıdır. Bu torpaqlara onların qanı tökülüb.

Artıq biz Qarabağdayıq, öz evimizdəyik. Bu çox gözəl hisdir”.

Seçilən
33
teleqraf.com

1Mənbələr