AZ

Bu ilin əvvəlinə vergi borcu 3 milyard manatı ötüb

BAKI, 17 sentyabr. TELEQRAF

Bu ilin əvvəlinə vergi daxilolmaları üzrə ümumi vergi borcu 3 milyard 120,4 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2024 -cü il üzrə hesabatında qeyd olunub.

Hesabata əsasən, ötən ilin sonunda artıq ödəmiş vəsaitlərin məbləği isə 2 milyard 225,6 milyon manat olub.

Bununla yanaşı, 2024-cü il ərzində vergi yığımları üzrə ümumilikdə 431,4 milyon manat vəsait geri qaytarılıb.

Qeyd edək ki, vergi borclarının ümumi vergi daxilolmalarında xüsusi çəkisi 19,7 faiz, artıq ödənişlərin xüsusi çəkisi isə 14,1 faiz təşkil edib.

Seçilən
34
teleqraf.com

1Mənbələr