AZ

Ermənistandakı revanşistləri hansı güclər danışdırır?

Bu günlərdə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan

Zəngəzur və yaxud ABŞ şirkətinə həvalə ediləcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu ilə bağlı açıqlama verib. O, bildirib ki, hakimiyyətə gəlsələr, bu müqaviləyə yenidən baxacaqlar. Yəni bu nəhəng marşurutun əngəlləmək ehtimalı Rusiyanın maraqları ilə üst-üstə düşür. Şimal qonşumuzun çirklənmiş teleməkanına nəzər salsaq rəsmi Moskvanın Cənubi Qafqazla, xüsusilə Zəngəzur layihəsi ilə bağlı mövqeyi bəlli olur.

Bütün hallarda bu strateji Zəngəzur yolunun çəkilişi baş tutacaq. Layihənin tam gerçəkləşməsi ilə bağlı risklər hələ də qalmaqdadır. Ermənistandakı revanşist qüvvələr Rusiyadan güc alaraq vəziyyətin dəyişəcəyinə ümid edirdlər.

Keçmiş SSRİ məkanında harada münaqişə, separatizm görürsən, dərhal Rusiyanın barmağı orada görünür. Separatizm toxumu əkməklə, təhdid etməklə deyil, yalnız dünyanın hüquq sisteminin qəbul etdiyi prinsiplərlə qonşu dövlətlərlə əməkdaşlıq etmək mümkündür.

Bu artıq aksiomadır ki, heç bir cinayət cəzasız qalmır. O baxımdan Seyran Ohanyan, Robert Köçəryanın, Serj Sərkisyanın Xocalı soyqırımında törətdiyi cinayətləri sübut edəcək kifayət qədər faktlar var. Müharibə cinayətləri törədən, yüzlərlə dinc azərbaycanlılarının qətlinə fərman verən bu şəxslərin və digərlərinin istintaqa cəlb olunması ilə bağlı ciddi addımlar atılmalıdır. Belə vələdüznaların azadlıqda qalması beynəlxalq hüquqa hörmətsizlik və regionda sabitliyə təhdiddir. Ona görə, istinaqın əhatə dairəsi genişlənməlidir.

Ermənilərin çox uğursuz ənənəvi təcrübəsindən əl çəkməsi üçün təhqiqat işlərinə beynəlxalq aləmdə tanınan, qəbul edilən ekspertləri cəlb etmək lazımdır.

 

Əkrəm Bəydəmirli

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri

Seçilən
32
3
qht.az

4Mənbələr