1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-yə yeni direktor təyin edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, Rüfət Babakişiyevdir.
O, şirkətin rəhbərliyində Məmməd Allahverdiyevi əvəz edib.
"K Group" 2014-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 12.525 milyon manatdır.