AZ

Serbiya millisinin sabiq futbolçusu qol vurduqdan sonra dünyasını dəyişdi

BAKI, 17 sentyabr. TELEQRAF

Serbiya millisinin 41 yaşlı sabiq futbolçusu Deyan Milovanoviç dünyasını dəyişib.

Teleqraf “Lequipe” nəşrinə istinadən xəbər verilir ki, Milovanoviç “Svena Zvezda”nın veteranları arasında keçirilən qarşılaşma zamanı infarkt keçirib. O, qol vurduqdan bir neçə dəqiqə sonra matç zamanı huşunu itirib. Hadisə yerinə təcili tibbi yardım gəlsə də, onu həyata qaytarmaq mümkün olmayıb.

Qeyd edək ki, Deyan Milovanoviç futbolçu karyerası ərzində Serbiyanın “Crvena Zvezda” və “Vozdovac”, Fransanın “Lens” və Yunanıstanın “Panionios” klublarında çıxış edib. O, Serbiya millisində iki oyun keçirib və 2006-cı ildə Serbiya çempionatının ən yaxşı oyunçusu seçilib.

Seçilən
67
teleqraf.com

1Mənbələr