futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Yuventus”un baş məşqçisi İqor Tudor Çempionlar Liqasında “Borussiya” (Dortmund) ilə heç-heçə etdikləri görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan mütəxəssis 4:4 hesabıyla bitən matçla bağlı bunları deyib:
“İkinci hissədə 8 qol vurulan oyun haqda nə demək olar? İzah vermək çətindir. Futboldur və son fit çalana qədər heç nə bitmiş sayılmır.
Çoxlu təhlillər aparmalıyıq. 4 qol buraxırıqsa, deməli, nələrsə düz işləmir. Bəzi problemlərimiz var və onu aradan qaldırmalıyıq. Güclü komandaya qarşı oynadıq və gedişata baxsaq, heç-heçə yaxşı nəticədir”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.