AZ

Dekan: Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və Sağlamlıq Elmləri fakültəsi fəaliyyətə başlayacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Prezidentin izi ilə şəhərə təşkil olunan mediatur çərçivəsində Qarabağ Universiteti Klinikasının rəhbəri, Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayev deyib.

O bildirib ki, fakültənin binasında 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb:

"Korpusda mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcək. Fakültədə öz təcrübələri ilə seçilən yerli və xarici ekspertlərin beynəlxalq təcrübələrə əsaslanaraq hazırladıqları tibb və tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcək. Qeyd edim ki, tibb ixtisası üzrə təhsil 6, tibb bacısı ixtisası üzrə isə 4 il nəzərdə tutulub. Müasir təhsil modeli tələbələrin nəzəri biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə çevirməyə imkan yaradacaq".

S.Babayev həmçinin qeyd edib ki, klinika regionun tibb sahəsində ixtisaslı kadr yetişdirilməsində mühüm rola malik olacaq:

"Klinika Qarabağ Universitetində tibb ixtisası üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək. Burada elmi tədqiqatlar, tədris və tibbi xidmət fəaliyyəti həyata keçiriləcək. Bu da regionda əhaliyə daha yaxşı tibbi xidmət göstərilməsiə imkan verəcək. Klinikada keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək".

Dekan klinikanın üç mərhələdə açılmasına qərar verildiyini vurğulayıb:

"İlk mərhələ poliklinikaları, ikinci mərhələ təcili yardım mərkəzini, üçüncü mərhələ isə stasionar şöbəni əhatə edəcək. Gələcəklə bağlı planlarımız genişdir. Burada həm elmi araşdırma mərkəzləri yaratmaq, həm də ana və uşaq sağlamlıq mərkəzi, antologiya mərkəzi açmaq planımız var".

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
2
baku.ws

3Mənbələr