AZ

İranda partlayış olub - Ölənlər var

İranın Əhvaz şəhərinin Pərdis rayonunda yaşayış binasında güclü partlayış baş verib.

"Unikal" İran KİV-lərinə  istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb.

Məlumata  görə, partlayış barədə sakinlər tərəfindən təcili yardım xidmətinə məlumat verilib, bundan sonra yanğınsöndürənlər və xilasedicilər dərhal hadisə yerinə yola düşüb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayış o qədər güclü olub ki, dörd mənzilli bina tamamilə dağılıb.

İlkin araşdırmalar göstərib ki, partlayışa qaz sızması səbəb ola bilər. 

Seçilən
74
1
unikal.az

2Mənbələr