AZ

“Qərb-2025” təlimlərində 60 minə yaxın rus əsgəri iştirak edib

Rusiya və Belarus Silahlı Qüvvələrinin “Qərb-2025” birgə strateji təlimlərinə 57 mindən çox hərbçi, 3500-dən çox silah və hərbi texnika cəlb edilib.

Herbiand.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, söhbət Rusiya ərazisində yerləşdirilən hərbi qulluqçulardan gedir.

Bundan əlavə, təlimlərdə 100-dən çox təyyarə, 80-dən çox gəmi və yardımçı gəmi olmaqla 3500-dən çox silah və hərbi texnikadan istifadə edilib.

Belarus ərazisində keçirilən təlimlərdə 7000-ə qədər hərbçi iştirak edib. Onlardan 1200-dən çoxu regional qüvvələr qrupunun Rusiya komponentinin şəsxi heyətidir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
18
herbiand.az

1Mənbələr