AZ

Tahrandan ABŞ ın İrana qarşı müdaxiləçi siyasətlərinə etiraz

ain.az bildirir, Bizimyol portalına istinadən.

İran Xarici İşlər Nazirliyi, ABŞ Xarici İşlər Nazirliyinin 2022-ci ilin sentyabr hadisələrinin ildönümünü ilə bağlı yayımladığı, ikiüzlülük və təhqirlə dolu açıqlamasını İranın daxili işlərinə qarşı aqressiv və cinayət təşkil edən müdaxilə nümunəsi kimi qiymətləndirərək qınayıb.

Bizimyol.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada: “Heç bir ağıl sahibi və vətənpərvər iranlı, uzun illər ərzində İranın işlərinə müdaxilə etmiş və İran xalqına müxtəlif qətllər törətmiş bir rejimin dostluq və səmimiyyət iddialarına inanar. Bunlar arasında 19 avqust 1953-cü ildəki utancverici hərbi çevriliş, 1980-1988-ci illərdə Saddamla əməkdaşlıq edərək İrana qarşı tətbiq olunan müharibədə kimyəvi silahların istifadə edilməsi, 1988-ci ildə İran sərnişin təyyarəsinin vurulması, amansız sanksiyaların tətbiq edilməsi, sionist rejimlə əməkdaşlıq edərək nüvə obyektlərinə hücumların təşkil edilməsi və ötən iyun ayında baş vermiş hücumda iranlı alimlər, əsgərlər, qadınlar və uşaqların qətlə yetirilməsi yer alır”, - deyə qeyd edilir.

Açıqlamanın davamında: “İşgaldçı və soyqırımçı sionist rejimin ən böyük dəstəkçisi olan ABŞ, yalnız son iki ildə, əksəriyyəti qadın və uşaq olmaqla, 65 minə yaxın masum insanı qətlə yetirib və irqçilik və ayrı-seçkiliyi öz idarəçilik və siyasi mədəniyyətinin bir parçası halına gətirib. Buna görə də, ABŞ-ın insan haqları kimi anlayışlar barədə danışmağa heç bir hüququ yoxdur”, - deyə bildirilir.

İran Xarici İşlər Nazirliyi: “İran xalqı, amerikalı siyasətçilərin insan haqları iddialarını onların ikiüzlü, cinayətkar fəaliyyətlərinin işığında, xüsusilə Qərbi Asiya bölgəsindəki hərəkətlərinə nəzərən qiymətləndirir, həmçinin ABŞ hökumətinin ölkəmizə qarşı törətdiyi vəhşi cinayətləri, qanunsuz, davamlı müdaxilələri heç vaxt unutmayacaq və bağışlamayacaqdır”, - deyə əlavə edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
bizimyol.info

1Mənbələr