AZ

Daşbulaq kəndində bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara hazır olacaq

Xocalı. Trend:

Media nümayəndələri Xocalıya təşkil edilən Prezidentin izi iləmedia-tur zamanı rayonun Daşbulaq kəndində olub.

Trend-inQarabağ Bürosunun xəbərinə görə jurnalistlər Qarabağa təşkil edilənmedia turda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsentyabrın 15-də olduğu Xocalı rayonunun Daşbulaq kəndindəolublar.

Təşkil edilən tur zamanı jurnalistlərə Xankəndi şəhərində,Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetməXidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızıkənddə görülən işlərlə bağlı məlumat verərək bildirib ki, kənddəuzunluğu 20 kilometr olan mövcud elektrik, həmçinin qaz xətləri, suanbarı və subartezian quyusu bərpa olunub, transformatorquraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb. Eyni zamanda, 8kilometrə yaxın qaz xətti çəkilib, içməli su şəbəkəsi yenidənqurulub, rabitə xətlərinin layihəsi təsdiqlənib və artıq tikintiişlərinə hazırlıq gedir. Kənddə sosial və məişət obyektləriistifadəyə verilib, park, bayraq meydanı salınıb, kənddaxiliyollara asfalt vurulub.

Əlavə olaraq A.Telmanqızı bildirib ki, Daşbulaqda 195 ev var.Onlardan 39-u yararsız, 156-sı isə qismən yararlıdır. Artıq 15 evbərpa edilib. Bu ilin sonunadək 58, gələn il isə 83 ev istismarahazır olacaq. İndiyədək kəndə 14 ailə (72 nəfər) köçüb.

Qeyd edək ki, bu kənd də Azərbaycan Silahlı Qüvvələrinin 2023-cüilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanıAzərbaycanın nəzarətinə keçib. Bundan sonra kəndin sosialinfrastrukturunun qurulması işləri icra olunub.

Məqalədə:
Seçilən
41
36
az.trend.az

10Mənbələr