Sea Breeze
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmirqayırma Zavodu” MMC hazırda 14 gəminin tikintisinə dair müqavilələr imzalanıb.İqtisadiyyat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdir müavini Elxan Şiriyev deyib.O qeyd edib ki, gəmiqayırma zavodunun ümumi investisiya həcmi 498 milyon ABŞ dolları təşkil edir: “Zavodda bu günədək 12 gəmi tikintisi həyata keçirilib. Bu gəmilərin ümumi sifariş dəyəri 628 milyon dollar olub. Bundan başqa, istər Azərbaycana məxsus, istərsə də xəzər hövzəsindəki ölkələrə məxsus 200-dən çox gəmi təmir edilib. Hazırda 14 gəminin tikintisinə dair müqavilələr imzalanıb. Bu gəmilərin tikintisinə mərhələli olaraq başlanılır. Bunlardan 11-i Xəzər Dəniz Gəmiçiliyinə, 1- SOCAR-ın sifarişi, 1-i “Bakı Beynəlxalq dəniz Ticarət limanı” və digəri isə FHN tərəfindən sifariş edilib. Hazırda bağlanan müqavilələrin ümumi dəyəri 292 milyon dollar təşkil edib”.
ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX