AZ

Avropa İttifaqından Çinə qarşı yeni sanksiyalar planı

Brüssel Trampı Rusiyaya təzyiq etməyə inandırmağa çalışır...

Poliqon xəbər verir ki, Avropa İttifaqı (Aİ) bu həftə Kremlə hərbi dəstək verdiyi iddia edilən Çin şirkətlərinə qarşı yeni sanksiyalar təklif etməyi planlaşdırır. Məqsəd ABŞ prezidenti Donald Trampı Rusiyaya qarşı təzyiqləri artıraraq Ukraynadakı müharibəyə son qoymağa razı salmaqdır.

Politico-nun diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, bu cümə günü müzakirəsi gözlənilən Aİ-nin 19-cu sanksiya paketində Çin şirkətlərinin hədəflər siyahısına daxil edilməsi ehtimalı nəzərdən keçirilir.

Mənbələr qeyd edir ki, bu sanksiyalar Trampın Çinə qarşı tələb etdiyi sərt tariflərdən çox fərqlənir. Əvvəlki sanksiya paketlərinə Çin şirkətlərinin əlavə edilməsi ABŞ prezidentini qane etməyib.

Donald Tramp bu məsələni Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə telefon danışığında müzakirə edib. Zəngdən sonra fon der Leyen sosial şəbəkədə etdiyi paylaşımda yeni sanksiyaların "kriptovalyuta, bank və enerji sektorlarını" hədəf alacağını qeyd edib, lakin Çinin adını çəkməyib.

Aİ diplomatları Trampın onların səylərindən narazı qalacağını düşünür və hətta onun onlara tələ qura biləcəyindən şübhələnirlər.

Poliqon.info

Seçilən
60
poliqon.info

1Mənbələr