AZ

Xırdalan sakinləri “Albus” MMC-nin şikayətçidirlər

[center]Xırdalan[/center]

Xırdalanda “Albus” MMC-nin tikinti işləri sakinlərdə narazılıq yaradıb

Abşeron rayonunun Xırdalan şəhərində aparılan tikinti işləri ətrafda yaşayanlarda narazılıq yaradıb.

Məlumatına görə, sakinlər iddia edirlər ki, fiziki şəxs Yaqub Yaqubovun sifarişi ilə “Albus” MMC-nin podratçılığı ilə burada görülən işlər qanunsuzdur və tikinti normalarına əməl olunmur. Tikinti aparılan sahənin planlaşdırılması və təhlükəsizlik tədbirləri barədə də onlara rəsmi məlumat verilməyib.burada görülən işlər qanunsuzdur və tikinti normalarına əməl olunmur.

Tikinti aparılan sahənin planlaşdırılması və təhlükəsizlik tədbirləri barədə də onlara rəsmi məlumat verilməyib.

Tikinti işlərini həyata keçirən şirkətin nümayəndəsi İsa Fərhadi isə iddiaları əsassız adlandırıb. O, açıqlamasında qeyd edib ki, layihə illər öncə bütün müvafiq sənədlərlə təmin olunub və qanunvericiliyin tələblərinə uyğun şəkildə icra edilir. Hətta əraziyə sakinlər üçün məlumatverici lövhə də quraşdırılıb.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, vətəndaşlarla tikinti şirkəti arasında yaranmış narazılıqdan xəbərdardırlar.

Hazırda bununla bağlı araşdırma aparılır.(Xəzər Xəbər)

Seçilən
13
1
yenisoz.az

2Mənbələr