BAKI, 17 sentyabr. TELEQRAF
“Rusiya-Ukrayna müharibəsi uzun müddət davam edəcək”.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
Kansler Almaniyanın Ukraynanın sülhə məcbur edilməsini dəstəkləmədiyini bildirib:
“Bu müharibənin bitməsini istəyirik, amma onun uzun müddət davam edəcəyindən də narahat olmalıyıq. Bununla belə, müharibəyə Ukraynanın siyasi suverenliyi və ərazi bütövlüyü bahasına son qoymaq gündəmimizdə deyil”.