AZ

Prezidentin Xocalı səfəri: Ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti mesajı

2020-ci ildə həyata keçirtdiyimiz 44 günlük şanlı müharibə və böyük Zəfərdən sonra Azərbaycan dövlətinin prioritetlərindən biriişğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması, bu torpaqların əzəli sakinləriningeri qaytarılması - Böyük Qayıdış oldu.Ötən gün, 2025-ci ilin 15 sentyabrında ölkə Prezidenti cənab İlham Əliyevin bölgəyə növbətisəfəri də həmin strategiyanın bir hissəsidir.

Prezident İlham Əliyev səfər çərçivəsində Xocalı rayonunun Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərində oldu.

Badara kəndi Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində 2023-cü ilin sentyabrında Azərbaycan nəzarətinə keçib. Burada elektrik və qaz xətləri bərpa edilub,transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, rabitə xətləri üçün dirəklər qoyulub,kabel çəkilişi işləri davam etdirilir. Badarada park və bayraq meydanı salınıb, yollar asfaltlanıb.

Kəndin ümumi fərdi ev sayı 313-dür. Onlardan 55-i yararsız, 258-i qismən yararlıdır.Artıq 15 fərdi ev bərpa olunub. Bu ilin sonuna qədər 115 evin, gələn il isə 128 evin bərpası planlaşdırılır. Kəndə artıq 14 ailə (55 nəfər) qayıdıb.

Xocalının Daşbulaq, Seyidbəyli, Şuşakənd kəndlərində də elektrik, qaz, rabitə, su, içməli su şəbəkələrinin təmiri və ya yenidənqurulması işləri aparılır.

Şuşakənd kəndində də elektrik xətləri, su anbarları, subartezian quyusu, transformator, sayğaclaşma, içməli su şəbəkəsinin təmiri, yolların asfaltlanması kimi sahələrdə müxtəlif həcmliişlər görülüb.

Prezident İlham Əliyev kəndlərə köç etmiş ailələrlə görüşdü, onların problemlərini dinlədi, yaşayış şəraitləri ilə maraqlandı.

Dövlət başçısının növbəti hər səfərisakinlər arasında gələcəyə olan inam və etibar hissini daha da gücləndirir. Dövlətin bölgəyə ən yüksək səviyyədə diqqət göstərməsi, insanların öz doğma yurdlarına geri dönməsi üçün münbit şəraitin yaradılması bu inam və etibarın təməlini təşkil edir.

Prezident İlham Əliyevin 15 sentyabr 2025-ci il tarixli Xocalı səfəri bölgədə gedən bərpa-yenidənqurma işlərinin aktiv mərhələsində olduğunu göstərdi. Bu səfər, dövlətin uzun müddətli planlarının icrasının davam etdiyini və bölgə sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində real addımlar atıldığını bir daha nümayiş etdirdi.

Badara, Daşbulaq, Şuşakəndkəndlərində görülən işlər eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin mesajıdır.

Jalə Əliyeva
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaqməsələləri komitəsinin sədr müavini

Seçilən
53
1
sia.az

2Mənbələr