AZ

DVX süni intellektdən istifadə mövzusunda regional seminarda təmsil olunub

Qazaxıstan Respublikasının Almatı şəhərində Beynəlxalq Valyuta Fondunun Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzi (CCAMTAC) tərəfindən “Xəzinədarlıq əməliyyatlarının səmərəliliyinin artırılması məqsədilə süni intellektdən istifadə” mövzusunda regional seminar keçirilib.

Seminarın əsas məqsədi xəzinədarlıq əməliyyatlarının səmərəliliyinin artırılmasına yönəlmiş süni intellekt və maşın öyrənməsi texnologiyalarının tətbiqi üzrə iştirakçı ölkələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi olub. Tədbirdə CCAMTAC-ın üzv dövlətləri –Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistanın maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.

Seminar zamanı süni intellekt və maşın öyrənməsinin xəzinədarlıq əməliyyatlarında tətbiqi, pul və likvidlik idarəçiliyinə dəstək imkanları və süni intellektin faydalarını dəstəkləmək məqsədilə keçmiş xərcləmə nümunələrinin analizi məsələləri müzakirə olunub.

Tədbirdə Azərbaycanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Maliyyə baş idarəsinin rəisi Fərhad Hüseynov və həmin baş idarənin şöbə rəisi Anar Rüstəmov təmsil ediblər.

Seminarda iştirakçılara xəzinədarlıq əməliyyatlarında rəqəmsal texnologiyaların tətbiqi üzrə bilik və təcrübə mübadiləsi imkanı yaradılıb, maliyyə idarəçiliyinin təkmilləşdirilməsi və əməliyyat xərclərinin azaldılması istiqamətində ölkələrin təcrübələri barədə məlumatlar verilib.

Seçilən
24
vergiler.az

1Mənbələr