AZ

Aİ ölkələri İsrailə ticarət qadağası qoymağa hazırlaşır

Avropa İttifaqı (Aİ) Komissiyası bu gün Aİ-İsrail razılaşmalarında müəyyən ticarət müddəalarının dayandırılmasını təsdiq edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı İsrailə ticarət qadağası qoyur.

Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas İsrailə qarşı yeni sanksiyalar qəbul etməyə hazırlaşdıqlarını açıqlayıb. Kallas bildirib: “Bu gün AB Komissiyası İsrail hökumətinə Qəzzadakı müharibə ilə bağlı siyasətini dəyişdirmək üçün təzyiq göstərmək üçün tədbirlər təqdim edəcək. Ticarət imtiyazlarının dayandırılması və ekstremist nazirlərə qarşı sanksiyaların tətbiqi Aİ-nin bu müharibəyə son qoyulmasını tələb etdiyini açıq şəkildə nümayiş etdirəcək”.

Müəllif: Ceyhun Rasimoğlu
Seçilən
42
2
sia.az

3Mənbələr