Çempionlar Liqasının rəsmi səhifəsi gecə oyunlar bitəndən sonra maraqlı paylaşım edib. Paylaşımda günün ən baxımlı beş məhsuldar ötürməsi yer alıb.
“Football-plus.az” xəbər verir ki, beş məhsuldar ötürmədən biri də “Qarabağ”ın qollarından seçilib. Marko Yankoviçin Kamilo Durana verdiyi məhsuldar ötürmə fərqləndirilib.
Xatırladaq ki, “köhlən atlar” “Benfika”nı səfərdə 3:2 hesabıyla məğlub edib.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta