AZ

Microsoft dividendləri 10% artırdı

Finss.az xəbər verir ki, Microsoft korporasiyası rüblük dividendlərini 10% artırdığını bildirib.

“Microsoft”un direktorlar şurası rüblük dividendləri hər səhmə görə 83 sentdən 91 sentə yüksəltmək qərarına gəlib.

Yeni dividend dekabrın 11-də ödəniləcək, səhmlər reyestri noyabrın 20-də bağlanacaq.

Bundan əlavə, şirkət səhmdarların illik yığıncağının tarixini açıqladı - bu, dekabrın 5-də baş tutacaq.

Seçilən
51
fins.az

1Mənbələr