AZ

Azərbaycanda kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri 312.7 milyon dollar artıb

BAKI, 17 sentyabr. TELEQRAF

2025-ci ilin ilk altı ayı ərzində Azərbaycanda digər investisiyalar üzrə xalis maliyyə aktivləri 1.5 milyon ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 0.5 milyon ABŞ dolları artıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 3.4 milyon dollar, xalis maliyyə öhdəlikləri isə 312.7 milyon dollar artıb.

Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank (303.4 milyon dollar) sektorunun, neft-qaz sektorunun kreditləri (340.0 milyon dollar) və müəssisələrin kreditləri (42.2 milyon dollar) hesabına artıb, dövlət kreditləri (209.3 milyon dollar) və dövlət zəmanətli kreditlər (163.6 milyon dollar) hesabına isə azalıb.

Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 1.5 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 291.2 milyon dollar azalıb.

Seçilən
19
teleqraf.com

1Mənbələr