"Qarabağ" Çempionlar Liqasında Liqa mərhələsində "Benfika" ilə oyunda geridönüş edərək 3-2 hesabı ilə qalib gəldi.
Operativ Media xəbər verir ki, bu, 2025-ci ildə "Estadio Da Luz" stadionunda ilk geridönüş deyil.
Bu il yanvarın 22-də "Barselona" "Benfika" ilə matçda 4-2 məğlub durumdaykən 5-4 qələbə qazanmağı bacarmışdı. Hansi Flikin yetirmələri son dəqiqə qolu ilə qələbəyə sevinmişdi.
Bununla da "Benfika" bir ildə iki Çempionlar Liqası matçında öndə olduğu halda hesabı qoruyub saxlaya bilməyərək məğlub olub.