AZ

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun 11-ci iclası keçirilib

Bakı. Trend:

15-17 sentyabr 2025-ci il tarixlərində Aşqabad şəhərində Xəzərdənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) 11-ciiclası keçirilib.

İclasda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri -S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri -K. Qarib Abadi), Qazaxıstan Respublikası (nümayəndə heyətininrəhbəri - Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətininrəhbəri - N.Udoviçenko) və Türkmənistanın (nümayəndə heyətininrəhbəri - M.Atacanov) nümayəndə heyətləri iştirak edib.

İclasa Türkmənistan nümayəndə heyətinin rəhbəri M.Atacanovsədrlik edib.

Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin metodikasınınmüzakirəsini davam etdiriblər. İclas zamanı Xəzər dənizindəəməkdaşlığın icmalı baş tutub, beştərəfli qarşılıqlı fəaliyyət vəmüxtəlif səviyyələrdə tədbirlərə hazırlıq məsələləri nəzərdənkeçirilib.

Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görəTürkmənistana minnətdarlıqlarını bildiriblər.

YSİQ-in növbəti iclası Azərbaycan Respublikasında diplomatikkanallarla razılaşdırılacaq tarixlərdə keçiriləcək.

Seçilən
31
13
az.trend.az

10Mənbələr