AZ

Yankoviçin durumu açıqlandı

Çempionlar Liqasının ilk turunda “Benfika” ilə oyunun (3:2) gedişində zədələnən "Qarabağ"ın futbolçusu Marko Yankoviçin durumu açıqlanıb.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun sözlərinə görə, yarımmüdafiəçinin səhhətində problemi yoxdur. O, fiziki olaraq yorulduğu üçün matçı davam etdirə bilməyib.

Qeyd edək ki, “Qarabağ” turnirdə növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

Seçilən
10
publika.az

1Mənbələr