AZ

Bakıda orta aylıq əməkhaqqı 1 370 manatı ötüb

2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 1375,4 manat təşkil edib.

 

Bu barədə Bakı şəhər Statistika İdarəsinin məlumatında qeyd olunub.

 

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manata bərabər olub.

Tarix: 17 Sentyabr 2025, 12:25   
Seçilən
9
47
pravda.az

10Mənbələr