AZ

Bölgə klubu üçün görüş

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev “Şəmkir” futbol klubunun rəhbərliyini və komandanın baş məşqçisi Vüqar Nadirovu qəbul edib.

Futbolpress.az xəbər verir ki, səmimi görüşə görə təşəkkürlərini bildirən “Şəmkir” FK-nın idarə heyətinin üzvləri əvvəlcə məqsədləri haqqında ətraflı məlumat verib, komandanın gücləndirilməsi yönündə görülən işlərdən danışıblar. Bu istiqamətdə durmadan çalışdıqlarını, komandaya maliyyə dəstəyi üçün müəyyən çevrədə biznes adamları ilə görüşdüklərini bildiriblər.

“Şəmkir”in yenidən əvvəlki qüdrətini geri qaytarmaq üçün atılan addımların rayon futbolu adına müsbət məqam kimi dəyərləndirən icra başçısı, II Liqanın ilk turlarında qazanılan qələbə münasibətilə komandanı təbrik edib, bu uğurların klubun özünü təsdiq etməsi ilə yanaşı, rayonun futbol ənənələrinin geri qaytarılması baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Azarkeşlərin də kluba böyük maraq göstərdiyini deyən icra başçısı, komandanın son dövrlərdə nümayiş etdirdiyi əzmkar və məqsədyönlü oyunlarını yüksək qiymətləndirib, qarşılaşdıqları problemlərlə maraqlanıb.

Daha sonra komandanın yüksək liqalar uğrunda mübarizəsi üçün qarşıda duran məqsədlər, layihələr ətrafında müzakirələr aparılıb.

“Şəmkir” futbol klubuna baş məşqçisi Vüqar Nadirova və komandaya qarşıdakı matçlarda da uğurlar arzulayan Rəşad Tağıyev rayonda uşaq futbolunun inkişafının da vacib olduğunu, bu istiqamətdə onlara dəstək olacaqlarını bildirib.

Sonda RİH başçısına “Şəmkir” futbol klubunun forması hədiyyə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
futbolpress.az

1Mənbələr