AZ

Kamilo Duran: "Hesabda geri düşsək də, təslim olmadıq"

style='margin-bottom:10px;'>

"Bu qələbəyə görə çox sevinirik. Xoşbəxtlikdən, mənim qol vurmağım da alındı".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kamilo Duran UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda səfərdə "Benfika"ya qalib gəldikləri (3:2) oyundan sonra deyib.

Oyunda ilk qolun ötürməsini verən və ikinci qolun müəllif olna kolumbiyalı hücumçu UEFA-nın mətbuat xidmətinə açıqlamasında səfər qələbəsini belə şrh edib: "Bilirdik ki, asan olmayacaq, amma səylə çalışdıq və üç xal qazandıq. Oyuna bir az diqqətsiz başladıq, 0:2 geridə idik, amma təslim olmadıq. Daim irəli getməyə çalışdıq və istədiyimizə qələbə ilə nail olduq".

Xatırladaq ki, "Qarabağ" Kamilo Duranı bu yay Portuqaliyanın 2-ci liqa təmsilçisi “Portimonense”dən transfer edib.

Seçilən
46
3
teleqraf.com

4Mənbələr