AZ

Avropa Parlamentinin sədri Kiyevə səfər edib

Avropa Parlamentinin sədri Roberta Metzola Kiyevə səfər edib.

Missiya.Az xəbər verir ki, bu barədə siyasətçi özünün “X” sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, Metzolanın Ukrayna Ali Radasında çıxış edəcəyi gözlənilir.

Qeyd olunub ki, Avropa Parlamentinin sədrinin Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Yuliya Svırıdenko və Ali Radanın sədri Ruslan Stefançuk ilə görüşü də planlaşdırılır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
19
missiya.az

1Mənbələr