AZ

Pakistan səfiri "Qarabağ" klubunu təbrik edib

Bakı. Trend:

Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri Qasım Mohiuddin "Qarabağ" futbol klubunu təbrikedib.

Trend-inxəbərinə görə, bu barədə o, özünün "X" sosial şəbəkəsindəyazıb.

"Təbriklər Qarabağ!

UEFA Çempionlar Liqasındakı həyəcanlı qələbə münasibətilə siziürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolu üçün qürurverici biran oldu! Komandaya gələcək oyunlarda daha böyük uğurlararzulayıram".

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda“Qarabağ” səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edib.

Məqalədə:
Seçilən
24
az.trend.az

1Mənbələr