8 ayın sosial göstəriciləri
QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-avqust aylarında əlilliyi olan şəxslərə 94 min reabilitasiya vasitəsi verilib.
Onlardan 5,6 mini təkərli oturacaq (o cümlədən 48-i mühərrikli təkərli oturacaq), 1,7 mini aşağı və yuxarı ətraf protezi, 4,5 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 7,1 min cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 388 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Cari ilin 8 ayında əlilliyi olan 10,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.