AZ

Joze Mourinyo “Benfika”nın baş məşqçisi olur?

ain.az bildirir, Lent az portalına istinadən.

"Fənərbaxça"dan ayrılan portuqaliyalı baş məşqçi Joze Mourinyo "Benfika" ilə anlaşıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Çempionlar Liqasında "Qarabağ"a 3:2 hesabı ilə uduzduqları oyundan sonra baş məşqçi Bruno Lage ilə yollarını ayıran "Benfika" Mourinyo ilə müqavilə imzalamağa hazırlaşır.

Çempionlar Liqasını evdə "Qarabağ"a 3:2 hesabı ilə məğlubiyyətlə açan "Benfika" baş məşqçisi Bruno Lageni istefaya göndərib. Məlumata görə, klubun idarə heyəti Joze Mourinyonu baş məşqçi təyin etmək qərarına gəlib.

Portuqaliyanın CNN telekanalının məlumatına görə, “Benfika”nın prezidenti Rui Koşta gecə saatlarında keçirilən görüşdə Mourinyo ilə razılığa gəlib. Bildirilir ki, təcrübəli məşqçi təklifə "hə" deyib və yaxın vaxtlarda rəsmi açıqlama veriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
lent.az

1Mənbələr