AZ

İranda İsrailə casusluqda ittiham olunan şəxs edam edilib

Bakı, 17 sentyabr, AZƏRTAC

İsrailə casusluqda ittiham olunan Babək Şahbazi adlı şəxs sentyabrın 17-də səhər saatlarında edam edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Qeyd olunur ki, Şahbazi İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda və onlara məxfi məlumatlar verməkdə təqsirli bilinirdi. İran Ali Məhkəməsi hökmü təsdiqlədikdən sonra o, asılaraq edam edilib.

İran mətbuatının məlumatına görə, iyunun 13-də İsraillə silahlı münaqişə başlayandan bəri İranın hüquq-mühafizə orqanları İsrail kəşfiyyatına işləməkdə şübhəli bilinən azı 700 nəfəri saxlayıb. Onların əksəriyyəti İran ərazisindən kiçik pilotsuz təyyarələr buraxmaqda, əldəqayırma bombalar hazırlamaqda və məlumatları İsrail kəşfiyyatına ötürmək üçün hərbi obyektləri lentə almaqda ittiham olunur.

Seçilən
8
2
azertag.az

4Mənbələr