AZ

“Uşağa əxlaq müəllimi də lazımdır” - sosioloq valideynlərə ÇAĞIRIŞ 

Müasir Azərbaycan ailəsində ata övladının qayğısına qalır. Onun təhsilini düşünür, uşaq isə hər hansı sahədə təhsil alır və ya peşə öyrənib peşə sahibi olur. Bütün bunlar təhsilin bir hissəsidir. Bəs tərbiyə nədir?

AzEdu.az xəbər verir ki, bu sözləri sosioloq Mail Yaqub “Ortaq nöqtə” verlişində çıxışı zamanı qeyd edib.

Onun sözlərinə görə, valideynlər övladlarının təhsili üçün repetitor tutduğu kimi, əxlaq üçün də müəllim tutmalıdır:

“Məsələn, uşaq həkim, hüquqşünas və ya musiqiçi olur. Axı bunların hamısı təhsildir. Bəs tərbiyə hardadır? Lazımdırmı?

Bəzi valideynlər övladlarının təhsili üçün repetitor tuturlar. Bir dəfə də tərbiyə üçün repetitor tutun. Get, əxlaq müəlliminə pul ver. Deyin ki, mənim uşağımın ingilis dili, riyaziyyat müəllimi var, qoy bir müəllimi də əxlaq müəllimi olsun.

Övladını böyüdüb boya-başa çatdırandan sonra özünə hörmətsizlik edildiyini görəndə ayılır ki, bu da lazım imiş. Artıq onda gec olur. Daha sonra valideyn-övlad münasibətlərində Quranda valideynə yaxşılıq edilməsiylə bağlı tövsiyələr var".

Seçilən
27
azedu.az

1Mənbələr