AZ

İran XİN AEBA nı razılaşmanı dayandırmaqla hədələyib

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

İrana qarşı düşmənçilik addımı atıldığı təqdirdə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) razılaşma dayandırılacaq.

APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinq zamanı deyib.

“Biz təkid edirik ki, AEBA sadəcə öz texniki vəzifələrinə əməl etsin. Heç bir ölkə İranı elə bir razılaşmaya əməl etməyə məcbur edə bilməz ki, o razılaşmada əsas məsələ dəyişdirilmiş olsun”, - İran XİN sözçüsü vurğulayıb.

O bildirib ki, İran düşmənçilik addımı dedikdə, özünə qarşı Avropa ölkələri tərəfindən sanksiyaların bərpasını da nəzərdə tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
9
apa.az

10Mənbələr