AZ

Yanvar-avqust aylarında 41 milyon dollarlıq sement ixrac edilib

Bu ilin yanvar-avqust aylarında ölkədən 41 milyon ABŞ dolları dəyərində 642,6 min tondan çox hazır və ya klinker formasında sement ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 29,9 faiz və ya 9,4 milyon dollar, həcm olaraq isə 25,8 faiz və ya 131,7 min ton çoxdur.

Cari ilin ilk 8 ayında bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,24 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,71 faizə bərabər olub.

Seçilən
37
vergiler.az

1Mənbələr