AZ

Aleksandr Ramalinqom: Topa nəzarət etmək və ya istiqaməti dəyişmək olduqca çətin idi

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Sumqayıt"ın hücumçusu Aleksandr Ramalinqomun Sport24.az-a müsahibəsi– "İmişli"yə məğlubiyyəti şərh edərdiniz...– Qubadakı meydançanın vəziyyəti ürəkaçan deyil. İstədiyimiz oyunu sərgiləmək çətin oldu. Qol imkanlarımız olsa da, onlardan yararlana bilmədik və rəqib hesabı açdı.– Nəticəni nəyə bağlayırsınız?– Bu, müəyyən mənada bəxtsizlik idi. Komanda olaraq daha çox çalışacağıq. Futbolda əsas məsələ daim diqqətli qalmaqdır.– Qol vurmağa nə mane olurdu?– Oyuna diqqətlə baxsaq görərik ki, bir çox futbolçu sürüşürdü. Keyfiyyətli butslarla belə bu hal müşahidə olunurdu. Topa nəzarət etmək və ya istiqaməti dəyişmək olduqca çətin idi.– Məğlub olsanız da, "İmişli"nin protokol qaydalarına əməl etmədiyi üçün 3 xal sizin komandanın aktivinə yazılacağı gözlənilir...– Texniki məğlubiyyətin, 3 xalın verilib-verilməməsi AFFA-nın qərarından asılı olacaq. Onlar müəyyən edəcəklər ki, bu, səhv olub, ya yox.- Növbəti turda rəqib "Neftçi"dir. Gözləntiləriniz necədir?- "Neftçi" çox güclü komandadır. Bununla belə, onlara qalib gələ bilərik. Əlimizdən gələnin maksimumunu edəcəyik.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
sport24.az

2Mənbələr