AZ

Çexovun Qağayı əsəri əsasında anime hazırlanır

ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Soyuzmultfilm" studiyası görkəmli yazıçı Anton Çexovun "Qağayı" əsəri əsasında anime hazırlayır.

Rusiyanın məşhur "Soyuzmultfilm" kinostudiyası görkəmli yazıçı Anton Pavloviç Çexovun "Qağayı" ("Чайка") pyesi əsasında anime janrında film çəkir.

Kulis.az xəbər verir ki, studiyanın baş prodüseri Yuliya Osetinskayanın sözlərinə görə, layihənin məqsədi klassik ədəbi əsəri müasir gənc auditoriyaya yaxın olan formatda təqdim etməkdir: “Demək olar ki, 130 il əvvəl Aleksandr teatrında nümayiş olunan bu böyük rus dramı yeni formatda yenidən doğulacaq. Biz, bir tərəfdən, əsərin bütövlüyünü və verdiyi mənaları qorumaq, digər tərəfdən isə onu müasir gənclər üçün aktual və maraqlı edəcək bir formatda təqdim etmək istəyirik.”

Qeyd edək ki, hazırda layihə preprodakşn mərhələsindədir. Film üzərində işlər davam edir və yaxın vaxtlarda əlavə detalların ictimaiyyətə açıqlanacağı gözlənilir.

Benksinin "Piranalar" əsəri London Muzeyində

Uorvik Devis "Harri Potter"in "Professor"unu canlandıracaq

Dünyanın ən uzun 10 romanı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
kulis.az

1Mənbələr