AZ

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 9 qumbara, 5 alışdırıcı, 14 tüfəng, 1 patron darağı və 895 ədəd müxtəlifçaplı patron aşkar edərək götürüblər.

"Cebheinfo.az" 

Seçilən
5
49
cebheinfo.az

10Mənbələr