AZ

Fiziki şəxslər üçün gəlir vergisinin aşağı dərəcədə tətbiq edilməsi təklif olunur

Bakı. Trend:

2026-cı il yanvarın 1-də fiziki şəxslərin gəlir vergisi üçüngüzəştin müddəti başa çatır. Bu, xüsusilə özəl sektorun inkişafı vəo cümlədən məşğulluğun leqallaşdırılmasına şərait yaratdı.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünküiclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu məsələ özünü əmək müqavilələrininsayında göstərib:

“Təklif edərdim ki, növbəti dövrdə fiziki şəxslərin gəlirvergisi ilə bağlı elə mexanizmlər nəzərə alınsın ki, bu yenidənkölgə iqtisadiyyatına qayıdışı stimullaşdırmasın. Güzəşt müddətibaşa çatırsa, yeni vergi dərəcələri müəyyənləşdirilirsə, o zamandaha aşağı vergi dərəcələrinin tətbiq edilməsi və mərhələli şəkildəvergi dərəcələrinin artırılması həyata keçirilsin. Aşağı vergidərəcəsinin müəyyənləşdirilməsi özəl sektor üçün əlavə yükyaratmaya bilər. Yaxşı olardı ki, güzəşt müddətinin uzadılmasınabaxılsın. Güzəştləri saxlamaq mümkün olmadığı halda, daha aşağıvergi dərəcələrinin tətbiqi məqsədəuyğun olardı”.

Məqalədə:
Seçilən
75
39
az.trend.az

10Mənbələr