AZ

Milli Məclisdə səfirlə görüş

Sentyabr ayının 16-da Milli Məclisdə Yaponiya dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vatanabe Katsuya ilə görüşümüz baş tutdu. Cənab səfiri salamlayaraq ona ölkəmizdə diplomatik fəaliyyəti müddətində uğurlar arzuladım.

Görüş zamanı hazırda ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdiyini qeyd olundu, 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından bəri ötən 30 ildən artıq müddətdə Azərbaycan Respublikası və Yaponiya dövləti arasında siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil və bir çox digər sahələrin inkişaf etdiyi diqqətə çatdırıldı

Söhbət zamanı cənab səfirə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Azərbaycan–Yaponiya münasibətlərinin inkişafına göstərdiyi diqqəti xüsusi olaraq qeyd etdim. Bidirdim ki, cənab Prezidentin ölkəmizə rəhbərliyi dövründə iki ölkə arasında siyasi dialoq güclənmiş, iqtisadi, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq yeni mərhələyə yüksəlmişdir.

Görüşdə Azərbaycanla Yaponiya arasında münasibətlərin inkişaf etdirilməsində ölkə parlamentlərinin rolunu xüsusi vurğulandı. Cənab səfir iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının sıx münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Həmçinin dost və tərəfdaş ölkələrimiz arasında bir sıra ənənəvi sahələrdə olduğu kimi, yeni istiqamətlər üzrə də əməkdaşlığın genişlənməsi prespektivləri müzakirə edildi, əlaqələrin daha da inkişafı üçün yaxşı imkanların olduğu vurğulandı.

Qeyd olundu ki, gələcəkdə də dostluq qruplarının qarşılıqlı səfərləri, yeni təşəbbüsləri və birgə layihələri xalqlarımızın rifahına xidmət edəcəkdir. Bizim ortaq məqsədimiz Azərbaycan–Yaponiya münasibətlərini daha da gücləndirmək və strateji tərəfdaşlıq ruhunu daha yüksək səviyyəyə qaldırmaqdır.

Səmimi keçən görüşdə cənab səfiri səfirliyin əməkdaşları müşaət edirdi. Görüşün sonunda birgə fotoşəkillər çəkildi.

Seçilən
11
3
sabahinfo.az

4Mənbələr