AZ

Avropa mətbuatı “Qarabağ”dan yazır

“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda səfərdə “Benfika”nı məğlub etməsi (3:2) Avropa mətbuatının da diqqət mərkəzindədir. Qurban Qurbanovun komandasının geridönüş edərək qələbə qazanması bir çox nəşrlərin manşetində yer alıb.

Msport.az onlardan bəzilərinin sizə təqdim edir:

“Rekord” (Portuqaliya): “Benfika”nın əsla unutmayacağı gecə. “Benfika”nın 121 illik tarixində evdə 2 top dərqlə öndə olduğu oyunu uduzduğu nadir anlardan biri”.

“One Football” (Almaniya): “Benfika” “Qarabağ”a şok məğlubiyyətdən sonra Bruno Lageni qovdu”.

“Sapo” (Portuqaliya): “Luj”da skandal. “Benfika” Çempionlar Liqasının ilk oyununda təvazökar “Qarabağ”a uduzdu”.

“TNT Sports” (İngiltərə): “Aleksey Kaşukun son dəqiqələrdə “Benfika”ya vurduğu qolla “Qarabağ” böyük şoklardan birinə səbəb oldu”.

“La Gazzetta dello Sport” (İtaliya): “Qarabağ” “Benfika” qarşısında 0:2 geridən gəlib 3:2-lik qələbə ilə möhtəşəm gecə keçirdi”.

“Metropoles” (Portuqaliya): “Qarabağ” Çempionlar Liqasında tarix yazdı”.

Seçilən
27
msport.az

1Mənbələr