AZ

Cənubi Osetiya Gürcüstanı "işğal şüarlarını" təbliğ etməkdə ittiham edib

Gürcüstan beynəlxalq platformalardan "Rusiya işğalı" və "işğal olunmuş ərazilər" şüarlarını təbliğ etməkdə davam edir...

Poliqon xəbər verir ki, bunu TASS-a müsahibəsində Cənubi Osetiya Respublikasının "prezidenti" Alan Qaqloyev deyib.

O xatırladıb ki, Gürcüstanda keçmiş prezident Mixail Saakaşvili (2004-2013) dövründə qəbul edilmiş işğal olunmuş ərazilər haqqında qanun hələ də qüvvədədir. Qaqloyev qeyd edib ki, bu qanun Gürcüstan tərəfindən Cənubi Osetiya və Abxaziya üçün blokada rejimi müəyyən edir.

Siyasətçinin fikrincə, bu bir daha onu göstərir ki, sülhə sadiqlik bəyannamələri və hətta Gürcüstan rəhbərliyinin respublikalarda baş verənlərə görə üzr istəməyə hazır olduqları barədə bəyanatları real addımlarla təsdiqlənmir.

Avqustun 8-də Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, keçmiş prezident Mixail Saakaşvili rejimi "dərin dövlət"in göstərişi ilə 2008-ci ildə Rusiya ilə silahlı münaqişəyə başlayıb.

2008-ci ilin avqustunda Gürcüstan Cənubi Osetiyaya qoşun yeridib. Rus ordusu bu hadisələrə müdaxilə edib. Beş günlük hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiya Abxaziya və Cənubi Osetiyanı suveren dövlətlər kimi tanıyıb. Gürcüstan respublikaları ayrı-ayrı ölkələr kimi tanımır və ərazini işğal olunmuş hesab edir.

Poliqon.info

Seçilən
62
poliqon.info

1Mənbələr