AZ

Azərbaycanın xalis maliyyə aktivləri 3 milyard dollar artıb

Azərbaycanın

2025-ci ilin 6 ayı üzrə Azərbaycanın xalis maliyyə aktivləri 3 milyard ABŞ dolları artıb.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.Məlumata görə, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (0.5 milyard ABŞ dolları), portfel investisiyaları (1 milyard ABŞ dolları) və digər investisiyalar (1.5 milyard ABŞ dolları) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 230 milyon ABŞ dolları artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-195.8 milyon ABŞ dolları ), neft bonusu (450.2 milyon ABŞ dolları) , portfel investisiyaları (-24.9 milyon ABŞ dolları ) və digər investisiyalar (0.5 milyon ABŞ dolları) hesabına formalaşıb.

Seçilən
76
4
xalqcebhesi.az

9Mənbələr